İnsan alverinə qarşı mübarizəylə bağlı tədbir keçirildi

İnsan alverinə qarşı mübarizəylə bağlı tədbir keçirildi

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyinin “İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi əsasında Lənkəran Dövlət Humanitar Kollecində 13 iyun 2017-ci il tarixində tədbir keçirildi. Tədbiri giriş sözü ilə kollecin direktoru dos. Ruslan Həmidov açaraq layihənin əhəmiyyəti və zəruriliyi haqqında danışdı və təşkilatçı qonaqları təqdim etdi. Sonra təşkilatçılar, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru İbrahim Əhmədov, İnsan alverinə qarşı mübarizə koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, təhsil eksperti Nuranə Şıxəliyeva, İnsan alverinə qarşı mübarizə koalisiyasının cənub regionu üzrə koordinatoru İlqar Qasımov çıxış edərək İnsan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin İnsan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri bilgilər verdilər. Sonda tədbir iştirakçılarına İnsan alverinə qarşı mübarizədə zəruri olan məlumatlar və informasiyalarla hazırlanmış xüsusi bukletlər paylanıldı. “Məlumatlanın ki, İnsan alverinin qurbanına çevrilməyəsiniz” devizi altında keçirilən tədbir diskussiya şəklində keçərək tələbələri maraqlandıran suallar cavablandırıldı.

DSC_0277 DSC_0289 DSC_0292 DSC_0311 DSC_0314 DSC_0323 DSC_0327

Bir cavab yazın