Kollecimizdə “Kitabi-Dədə Qorqud Türk və Qərb dünyasında” mövzusunda elmi-seminar keçirildi.

Kollecimizdə “Kitabi-Dədə Qorqud Türk və Qərb dünyasında” mövzusunda elmi-seminar keçirildi.

30.11.2015-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində  “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyinə həsr olunmuş “Kitabi-Dədə Qorqud Türk və Qərb dünyasında” mövzusunda elmi-seminar keçirildi.

Seminarda qeyd edildi ki, ötən müddət ərzində “Dədə Qorqud” dastanları ilə bağlı çox sayda araşdırmalar aparılmış və qorqudşünaslığın ayrıca sahə kimi formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsi abidənin tədqiqi tarixində yeni mərhələnin başlanğıcı olmuşdur.

Seminarda Kollecin Azərbaycan dili və ədəbiyyat FBK-nın sədri Əsgərova Nuranə “Kitabi-Dədə Qorqudun tarixi salnaməsi” mövzusunda məruzə etdi. Sonra kollecin TGT-nin sədri Əliyeva Nuranə “Kitabi-Dədə Qorqudun mədəniyyətimizdə yeri” mövzusunda çıxış etdi

 

Sonda tələbələrə kollecin III kurs tələbəsi Eyyub Məmmədovun hazırladığı 10 dəqiqəlik video-çarx təqdim olundu.

 

Bir cavab yazın