Lənkəran Dövlət Humanitar Kollecində “Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi.
15 sentybar 2015-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin 1 saylı tədris binasında “Bilik Günü”nə həsr olunmuş təntənəli tədbir keçirildi.
Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq bildirdiki, “Bilik günü” bir bayram kimi respublikamizin ali, orta, ixtisas və orta məktəblərində qeyd olunur. Bayram münasibəti ilə müəlim və tələbə heyyətini təbrik etdi. Yeni dərs ilində onlara uğurlar və müvəffəqiyyətlər arzuladı.
Yeni qəbul olunmuş tələbələrin Valideyinləri çıxış edərək, öz ürək sözlərini müəllim və tələbələrə çatdırdılar. Yüksək bal toplamış bir qrup tələbəyə “Tələbə bileti” və “Qiymət kitabçası” təqdim olundu.
Daha sonra musiqi şöbəsinin müəllim və tələbələri tərəfindən konsert proqramı təqdim olundu.