Kollecin “Əbədiyyətin ilk əsri” adlı hesabat konserti keçirildi.

Kollecin “Əbədiyyətin ilk əsri” adlı hesabat konserti keçirildi.
30 may 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı hesabat konserti keçirildi. Tədbirdə “İnstrumental ifaçılıq və vokal” Fənn Birləşmə Komissiyasının müəllimlərinin və tələbələrin birgə təşkilatçılığı ilə təqdim etdikləri konsert proqramı böyük rəğbətlə qarşılandı.
Konsert proqramından sonra Kollecin direktoru Leyla İbrahimova çıxış edərək maraqlı və məzmunlu konsertin təşkilatçılarına, ifaçılara minnətdarlığını bildirdi. Sonda Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirak edən müəllim və tələbələr mükafatlandırıldı.

Bir cavab yazın