24.11.2015-ci il tarixində Lənkəran Dövət Humanitar Kollecinin buraxılış kurslarında təcrübələrin başlanması ilə bağlı konfrans keçirildi

24.11.2015-ci il tarixində Lənkəran Dövət Humanitar Kollecinin buraxılış kurslarında təcrübələrin başlanması ilə bağlı konfrans keçirildi

     Konfransı giriş sözü ilə açan kollecin direktoru Ruslan Həmidov  mütəxəssis hazırlığında təcrübələrin mühüm əhəmiyyəti haqda məlumat verərək, təcrübələrin təhsil standartlarının və digər normativ hüquqi aktların tələblərinə uyğun keçirilməsinin zəruriliyindən danışdı. Direktor qeyd etdi ki, bu baxımdan təcrübə keçiriləcək təhsil müəssisələri müəyyənləşdirilmiş və təcrübələrin yüksək səviyyədə keçirilməsi üçün müvafiq şərait yaradılması barədə həmin təhsil müəssisələrinin rəhbərliklərinə məktub ünvanlanmışdır. Artiq bu gündən Lənkəran Dövət Humanitar Kollecinin “İbtidai sinif müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Texnoogiya müəllimliyi”, “İnformatika müəllimliyi” və “Fiziki tərbiyə müəllimliyi” ixtisaslarının əyani şöbə üzrə buraxılış kurs tələbələri mövcud tədris planlarına əsasən  5 həftəlik  təcrübəyə başlayırlar.

            Sonra Kollecin təcrübə rəhbəri Sevər Əhmədova  müvafiq ixtisaslar üzrə qrupların hansı məktəblərdə təcrübə keçəcəkləri, onlara kimlərin metodist, pedaqoq və psixoloq təyin olunmaları və təcrübə müddətində əsasən hansı işlərin icrasının vacibliyi haqqında ətraflı məlumat verdi. O, bildirdi ki, 24 noyabr 2015-ci il tarixindən “İbtidai sinif müəllimliyi”  və “Texnoogiya müəllimliyi”  ixtisasları üzrə təcrübələr Lənkəran şəhər 4 saylı orta məktəbdə, “Təsviri incəsənət müəllimliyi” və “İnformatika müəllimliyi” ixtisasları üzrə təcrübələr Lənkəran şəhər 10 saylı orta məktəbdə, “Fiziki tərbiyə müəllimliyi”  ixtisası üzrə təcrübələr isə Uşaq Gənclər və idman məktəbində keçiriləcəkdir.

               Daha sonra təcrübəçi tələbələr, metodist, pedaqoq, psixoloq və fənn müəllimlərini maraqlandıran suallarla bağlı geniş müzakirələr aparıldı.

 

 

Bir cavab yazın