Lənkəran Dövlət Humanitar Kollecində “Ətraf mühit və ekoloji təbliğat” mövzusunda tədbir keçirildi
7 Noyabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Plastik qabların və politelin torbaların insan sağlamlığına və ətraf mühitə təsiri” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kollecin direktor müavini Ülviyyə Rzayeva açaraq qonaqları Kollecin direktoru dosent Ruslan Həmidov və kollektiv adından salamladı. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı ərazi üzrə Ekologiya və Təbii sərvətlər şöbəsinin “Ətraf mühitin monitorinqi və ekoloji təbliğat” sektorunun müdiri Bəxtiyar Hüseynoviştirak edirdi. Daha sonra Bəxtiyar Hüseynovun “Azərbaycan meşələri: Meşələrin insan həyatında rolu” mövzusunda məruzəsi dinlənildi. Məruzəçi qeyd etdi ki, 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağac əkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq “Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar çoxlu işlər görülmüş və görülməkdədir. Sonra çıxış üçün söz kollecin TGT sədri, IV kurs tələbəsi Sumarə Bağırzadə və II kurs tələbəsi Elnarə Miriyeva öz fikirlərini zaldakı dinləyicilərin nəzərinə çatdırdılıar. Akt zalında keçirilən maarifləndirmə iclasında Kollecin direktor müavini Ülviyyə Rzayeva, psixoloq Zülfiyyə Əliyeva, müəllimlər t.ü.f.d. Cəmil Quliyev, Cəsarət Kərimova, Rüfət Mahmudov, Nərgiz Əkbərova, Emin Əsgərov, Həbib Həbibi, sayt üzrə mütəxəssis Aygün Axundzadə, “meşə və meşə park” ixtisasının tələbələri iştirak edirdilər. Tədbirin sonunda Kollec tələbələrinin ətraf mühiti təmizləyək devizi altında hazırladıqları videoslayd nümayiş olundu.