Lənkəran Dövlət Humanitar Kollecində “Azərbaycanda könüllülük institutunun formalaşması və inkişafı” mövzusunda tədbir keçirildi
3 dekabr 2019–cu il tarixdə Lənkəran Dövlət Humanitar Kollecində “Azərbaycan Könüllülük həftəsi” çərçivəsində Kollecin TGT sədri Sumarə Bağırzadə tələbələri salamlayıb və onlara könüllük peşəsi haqqında məlumat verib. Daha sonra TGT sədri məlumat verərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülər” şəbəkəsinin imkanlarından istifadə edərək gənclər dövlət orqanlarında təcrübə keçməyə cəlb edilir. Həmçinin, son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda könüllülük fəaliyyətinin geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini, respublikamızın ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimizin böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsi olduğunu nəzərə çatdırdı. Tədbirdə TGT-nın üzvləri ilə yanaşı Kollecin direktor müavini Ü.Rzayeva, t.ü.f.d. C.Quliyev, V.Rzayeva, V.Məmmədova iştirak edirdilər.
Sumarə Bağırzadə
Kollecin IV kurs tələbəsi, TGT sədri