Lənkəran Dövlət Humanitar Kollecində Xocalı soyqırımının 28–ci il dönümü qeyd edildi
25 fevral 2020-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Xocalı soyqırımının 28–ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi. Tədbir iştirakçıları ilk öncə Xocalı soyqrımında və vətən uğrunda şəhid olan həmvətənlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Ruslan Həmidov bildirdi ki, 2500 Xocalı sakinindən 613–ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olmuşdur. Bu soyqırım nəticəsində 63–ü uşaq, 106–sı qadın, 70–i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76–sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşmüşdür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Direktor qeyd etdi ki, bu soyqrımın 28–ci ildönümü ilə əlaqədar Kollecdə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən kollecin foyesində tələbələrin çəkdikləri şəkillərdən ibarət rəsm sərgisi təşkil edilmiş, dəhlizdə foto stent açılmış, kitabxanada xüsusi guşə yaradılmışdır. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxılmışdır.Sabah yəni 26 fevral tarixində ilk dərslər Xocalı soyqrımına həsr olunacaq və sonra Lənkəran şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunacaqdır. Sonra məruzə üçün söz kollecin “Tarix və ictimai elmlər” fbk-nın sədri, Günel Abdullayevaya verildi. Məruzəçi bildirdi ki, Xocalı Soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Bu sıraya Xatın, Xirosima, Naqasaki və s. daxildir. Əsrin sonunda törədilmiş bu faciə sadəcə Azərbaycan əhalisinə qarşı törədilməmiş,insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biridir. Daha sonra “Məktəbəqədər təlim tərbiyə” ixtisasının II kurs tələbəsi, TGT sədr müavini Elnarə Miriyevanın çıxışı, I kurs tələbələri Qızqayıt Məmmədova, Səbinə Qafarlı və Arifəxanım Talışınskinin şerləri dinlənildi. Sonda Xocalı soyqrımına həsr olunmuş videorolik nümayiş olundu.
Aygün Axundzadə
LDHK, sayt üzrə məsul şəxs