Lənkəran Dövlət Humanitar Kollecinin TGT–nin könüllüləri şəhid valideynlərini ziyarət etdilər
1 dekabr 2019-cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin TGT-nin könüllü tələbələri xeyriyyə aksiyasında iştirak etdilər. İlk əvvəl tələbələr Lənkəran şəhərinin mərkəzində ucaldılmış Şəhidlər kompleksini ziyarət edib tər gül çiçəklərini şəhidlərin məzarı üstə düzdülər.Daha sonra Lənkəran rayonunun Boladi, Osaküçə, Girdəni, Hirkan və Mamusta kəndlərindən olan şəhidlərin valideynlərini ziyarət etdilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsi, ASAN Xidmət, Lənkəran şəhər Heydər Əliyev mərkəzinin RİİB könüllüləri, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycanın ərazi bütovlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrinə baş çəkmək idi. Tələbələr şəhid valideynləri ilə söhbətlərində belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün yaxşı bir lahiyə olduğunu nəzərə çatdırdılar. Sonda şəhid ailələrinə Dövlət Xidmətləri tərəfindən gətirilmiş hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkildi.
Sumarə Bağırzadə
Kollecin IV kurs tələbəsi, TGT sədri