Lənkəran Dövlət Humanitar Kollecində 20 yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş tədbirlər davam edir.

Lənkəran Dövlət Humanitar Kollecində 20 yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş tədbirlər davam edir.

18.01.2016-cı ildə Lənkəran Dövlət Humanitar Kollecində 20 yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş tədbir keçirildi. Öncə kollecin foyesində tələbələrinin 20 yanvar faciəsi ilə bağlı çəkdikləri rəsm işlərindən təşkil edilmiş sərgiyə və foto stentə baxış keçirildi.
2

331

Sonra Qanlı Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi.

5

Tədbiri giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq 26 il öncə baş verənləri bir daha yada saldı. Nahaq qanın yerdə qalmayacağıni və illlər ötsə də xalqımız 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakıda baş verənləri heç vaxt unutmayacağını bildirərək o hadisələrdə iştirak etmiş canlı şahid kimi qeyd etdi ki, həmin gün xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən sovet qoşunlarının hücumu nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar var idi. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda  çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

Sonra məruzə etmək üçün söz Tarix Fənn Birləşməsinin müəllimi Cəmil Quliyevə verildi. O ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan günahsız insanların Sovet ordusu tərəfindən qətlə yetirilməsindən danışdi. Daha sonra söz Ana dili və ədəbiyyat Fənn Birləşmə Sədri Nuranə Əsgərovaya verildi. O 20 Yanvarla bağlı xatirələrini bölüşdü.

67

Bir cavab yazın