Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təntənəli təqdim edilməsi
01 dekabr 2016-cı il tarixində Lənkəran Dovlət Humanitar Kollecinin akt zalında Pedaqoji Şuranın növbəti iclası kecirildi. İclası kollecin direktoru Ruslan Həmidov açaraq Pedaqoji Şura iclasının gündəliyi ilə iştirakçıları tanış etdi. Gündəlik təsdiq olduqdan sonra direktor nəzərdə tutulan cari məsələlərdən birinin- Lənkəran Dövlət Humanitar Kollecinin bir neçə əməkdaş və tələbələrinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təntənəli təqdim edilməsi məsələsinin ilk olaraq yerinə yetirilməsinin məqsədəmüvafiq heab olunduğunu bildirdi. Bu məqsədlə Şura iclasına dəvət olunan YAP Lənkəran şəhər təşkilatının aparat rəhbəri Əliziya Ağayev və YAP Lənkəran şəhər təşkilatının Təftiş Komissiyasının sədri Nibuvvət Allahverdiyevi Şura üzvlərinə təqdim etdi və qonaqlara dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Direktor YAP Lənkəran Şəhər təşkilatının Lənkəran Dövlət Humanitar Kolleci ərazi ilk təşkilatının fəaliyyəti haqda məlumat verərək Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan əməkdaş və tələbələri təbrik etdi və uğurlar arzuladı. Sonra kollecin müəllim və əməkdaşlarından 8 nəfərə, tələbələrdən isə 4 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təntənəli şəkildə təqdim edildi. Qonaqlar yola salındıqdan sonra Şura iclasında nəzərdə tutulan məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.