Polis-vətəndaş münasibətlərinə gənc baxış
10 noyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecində Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları ilə “Polis-vətəndaş münasibətlərinə gənc baxış” layihəsi üzrə görüş keçirildi. Görüş vətən uğrunda canından keçmiş şəhid övladların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə baş tutdu. Giriş nitqində direktor Ruslan Həmidov qonaqları salamlayaraq iştirakçılara təqdim etdi: Lənkəran RŞPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin inspektoru, polis baş leytenantı Pərviz Şükürov, İstintaq bölməsinin müstəntiqləri, polis kapitanı Toğrul Hüseynov, polis baş leytenantı Fazil Bağırov, Tədqiqat bölməsinin tədqiqatçısı, polis leytenantı Ayxan Ağalı, “Şəfəq Ekoturizm” Qeyri-hökumət təşkilatının sədri Vamiq Babayev, “Maarifpərvərlik” ictimai yardım assosasiyasının sədri Afiq Məlikov. Direktor layihə barədə ətraflı məlumat verdikdən sonra layihə üzrə nəzərdə tutulmuş mövzularda video sorğu nümayiş edildi. Sonra ləyihədə nəzərdə tutulan mövzular çərçivəsində müzakirələr başlandı. Tələbə və müəllimləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda Azərbaycan Polisinin fəaliyyətinə həsr olunmuş qısa musiqili video rolik nümayiş olundu.