“Psixi sağlamlığımızı qoruyaq” mövzusunda seminar keçirildi

“Psixi sağlamlığımızı qoruyaq” mövzusunda seminar keçirildi

03 noyabr 2017-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində “Psixi sağlamlığımızı qoruyaq” mövzusunda seminar keçirildi. Tədbirdə Lənkəran Dövlət  Humanitar Kollecinin və Lənkəran  LOQOS Psixoloji Nitq İnkişaf Mərkəzinin əməkdaşları, psixoloqlar, müəllim və tələbələrdə iştirak etdilər. Tədbirin mövzusu əsasən yeniyetmə və gənclərdə baş verən bir sıra psixoloji problemlərin patalogiyası, baş vermə səbəbləri və çıxış yollarının araşdırılması idi. Tədbiri giriş sözü ilə LOQOS  PNİM-nin baş psixoloqu psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva açdı. Psixoloq çıxışında müasir həyat şəraitinin yartdığı çətinliklərin insanın psixoloji sağlamlığına vura biləcəyi zərərlərdən və onun qarşısının alınması yolları haqqında tövsiyyələr verdi. Daha sonra Elmira xanım gələn qonaqları təqdim etdi. Lənkəran LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin direktoru Elvira Əzizova, baş psixoloq Fidan Azərqızı, Sankt-Peterburq Bexterev İnstitutu və Vyana-Avstriya Psixoterapiya İnstitutunun Azərbaycan üzrə nümayəndəsi, həkim-psixoterapevt Elmir Əkbər çıxış edərək uğurun, xöşbəxtliyin sirləri onu anlamanın yolları barədə maraqlı fikirlər irəli sürdü. Və sonda anonim sorğu vasitəsilə psixoloq tələbələrin verdiyi sualları cavablandırdı.

DSC_1158 DSC_1159 DSC_1174DSC_1178DSC_1188DSC_1210

Bir cavab yazın