Qrup nümayəndələri, fəal tələbələr və TGT idarə heyətinin üzvləri ilə görüş kecirildi

Qrup nümayəndələri, fəal tələbələr və TGT idarə heyətinin üzvləri ilə görüş kecirildi

2017/2018-ci tədris ilinin qış imtahan sessiyasının başlanması ilə əlaqədar Lənkəran Dövlət Humanitar kollecinin qrup nümayəndələri, fəal tələbələr və TGT idarə heyətinin üzvləri ilə kollec rəhbərliyinin görüşü kecirildi. Görüşü kollecin direktoru dosent Ruslan Həmidov açaraq tələbə və müəllimləri salamladı, görüşün keçirilməsi zərurətindən danışaraq  səmimi bir müstəvidə baş tutmasını arzuladı. Direktor qeyd etdi ki, 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə Təhsil Naziri vəzifəsini icra edən Cənab Ceyhun Bayramovun müvafiq əmri olmuş və bu əmrin icrası ilə bağlı kollec üzrə geniş əmr imzalanmışdır. Sonra direktor qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında imzalanan bu əmrdə tələbələrin hüquq və fəzifələrini əks etdirən əsas bəndlərlə onları tanış etdi. Bildirildi ki, qış imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrn biliyinin qiymətləndirilməsində  şəffaflığı və obyektivliyi təmin etmək üçün fəal tələbələrin, xüsusi ilə  qrup nümayəndələrinin, valideynlərin və ictimaiyyət nümayəndələrinin rolu əvəz olunmazdır. Bununla əlaqədar sözü gedən əmrlə kollecdə xüsusi qərargah yaradılmış, qarargahın telefon nömrələri və elektron ünvanları elan edilmişdir. Çıxışının sonunda direktor tələbələri fəal və ədalətli olmağa çağıraraq müşahidə etdikləri hər xırda nöqsanı belə dərhal qərərgaha məlumat verməyi xahiş etdi. Geniş diskusiya və səmimiliklə keçən görüşdə sessiyasının təşkili və keçirilməsi ilə bağlı tələbələrin fikri dinlənildi və onları maraqlandıran bütün suallar cavablandırıldı.

 

Bir cavab yazın