4 saylı ərazi partiya təşkilatına seçkilər keçirildi.

4 saylı ərazi partiya təşkilatına seçkilər keçirildi.




6 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üzrə ərazi partiya təşkilatının sədr və müavininin seçilməsi ilə bağlı tədbir keçirildi.Tədbiri Kollecin direktoru Leyla İbrahimova açdı. İclasda Kollec üzrə YAP üzvləri və YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, sədr müavini Əlövsət Qurbanov, təşkilati işlər üzrə məsləhətçi Yalçın Əliyev iştirak edirdi. Yeni seçkilərə əsasən Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı 4 saylı ərazi partiya təşkilatına sədr Kollecin direktoru Leyla İbrahimova, sədr müavini Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Aygün Axundzadə seçildi.

Добавить комментарий