Kollecdə “Şuşa şəhəri” mövzusunda açıq dərs keçirildi.

Kollecdə “Şuşa şəhəri”  mövzusunda açıq dərs keçirildi.




23 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Tarix və Sosial fənlər” FBK-nın müəllimi Qətilə Şükürovanın “Şuşa şəhəri” mövzusunda açıq dərsi keçirildi. Tədbirdə çıxış edən Qətilə Şükürova Şuşa şəhərinin yaranma tarixindən, onun qurucusu Pənahəli Xandan, Şuşanın strateji coğrafi mövqeyindən, mövcud olan tarixi abidələrdən, görkəmli xadimlərindən, Şuşa şəhərinin məruz qaldığı hücumlardan bəhs etdi. Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordumuzun Şuşanın düşmən tapdağından azad olunmasından böyük qürur və fəxarətlə danışaraq tələbələri maraqlandıran sualları cavablandırdı. Sonda “Şuşa şəhəri” adlı videoçarx nümayiş olundu.

Добавить комментарий