Kollecdə “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirildi.

Kollecdə “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirildi.


6 noyabr 2023-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 8 noyabr “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və dövlət himni səsləndi. Tədbiri giriş sözü ilə Kollecin direktoru Leyla İbrahimova açaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan 8 noyabr “Zəfər günü” münasibətilə tədbir iştirakçılarını təbrik etdi, “Zəfər günü”nə həsr olunmuş “Voleybol” idman yarışlarının qaliblərini təşəkkürnamə ilə təltif etdi. Keçirilən tədbirdə “İnstrumental ifaçılıq və Xalq Çalğı Alətləri” FBK-nın müəllim və tələbələrinin birgə hazırladıqları konsert proqramı və şeir parçaları iştirakçılara təqdim olundu.

Добавить комментарий