Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Lənkəran Dövlət Humanitar Kolleciin tələbələri arasında şahmat birinciliyinə 04 may 2017-ci ildə start verildi. Kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva kollec şahmatçılarını salamlayaraq yarışmanın əsasnaməsi ilə iştirakçıları tanış etdi və onlara uğurlar arzuladı. Kollecin fiziki tərbiyə rəhbəri Farid Salayevin baş hakimliyi ilə keçirilən şahmat yarışmasında kollecin ən güclü 24 şahmatçısı iştirak edirdi. Şahmat üzrə kollec birinciliyinin final mərhələsinin 05 may tarixində kecirilməsi nəzərdə tutulur. Təsdiq olunmuş tədbirlər planına əsasən tələbələr arasında keçirilən idman yarışlarının qaliblərinin rəğbətləndirilməsi isə 8 may 2017-ci il tarixində kollecdə keçiriləçək Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə həyata keçiriləcək.