Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi

10 may 2018-ci il tarixində Lənkəran Dövlət Humanitar Kollecində YAP Lənkəran şəhər təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbirdə YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, məsləhətçilər Nahid Allahverdiyev və Teymur Babayev iştirak edirdilər. Tədbir iştirakçıları əvvəlcə kollecin foyesində Ümummilli Liderinin 95-ci ildöümünə həsr edilmiş tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə kollecin direktoru, r.ü.f.d, dosent Ruslan Həmidov açaraq müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolundan və müstəqilliyimiz uğrunda titanik fəaliyyətindən danışdı. Daha sonra direktor qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar kollec üzrə tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Plana əsasən tələbələr arasında voleybol, şahmat, tennis üzrə idman yarışları və inşa müsabiqəsi keçirilmişdir. Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi nömrələr buraxılmış, 10 may tarixində keçirilən ilk dərslər Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuşdur. “Xarici dillər” fənn birləşmə komissiyasının müəllimi, tədris hissəsinin metodisti Gülayə Talışxanova, YAP Lənkəran şəhər təşkilatının sədr müavini Əlimərdan Əliyev, “Musiqi və təsviri incəsənət” şöbəsinin müəllimi Ruhəngiz Məhərrəmova, “Texnologiya müəllimliyi” ixtisasının IV kurs tələbəsi Gülnar Ağayeva çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı bhs etdilər. Sonra  rayonun və kollecimizin ictimai-siyasi həyatında fəal və nümunəvi iştirak edən kollecin beş nəfər tələbəsi Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edildiyindən onlara yeni üzvlük vəsiqələri təntənəli surətdə təqdim edildi. Tədbirdə keçirilən idman yarışlarında və müsabiqədə I, II, III yeri tutmuş tələbələrə də fəxri fərmanlar təqdim olundu. Daha sonra Ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna həsr edilmiş sənədli film nümayiş edildi.

                       

Bir cavab yazın