Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu

Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi sayılan Heydər Əliyev şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir dünyadı, ümmandı… Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı… O dağınsa zirvəsi çox ucadır, ucadan da uca… Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq…

12.12.2017 – Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Dünyanın bir çox yerlərində, Azərbaycanın bütün şəhər və bölgələrində, o cümlədən  Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilir, xatirəsi yad edilir.  Lənkəran Dövlət Humanitar Kollecinin çoxsaylı müəllim, əməkdaş və tələbə heyyəti  də  Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin əzəmətli abidəsini ziyarət edərək önünə təzə-tər gül dəstələri düzdülər və Ulu Öndərin əbədi xatirəsini yad etdilər.

  

Bir cavab yazın