Valideynlərlə görüş keçirildi
15 sentyabr 2016-cı il tarixində Lənkəran Dövlət Humanitar Kollecinin akt zalında cari tədris ilində kollecə qəbul olunmuş tələbələrin valideynləri ilə kollec rəhbərliyinin artıq ənənə halını almış görüşü keçirildi. Görüşü giriş sözü ilə kollecin direktoru Ruslan Həmidov açaraq valideynləri övladlarının tələbə adı qazanması münasibətilə bir daha təbrik edərək kollecin tarixi, strukturu, auditoriya fondu, kitabxanası, texniki təchizatı, pedaqoji heyəti və s. haqqında valideynlərə ətraflı məlumat verdi. Direktor respublikanın bütün orta ixtisas təhsil müəssisələrində olduğu kimi kollecdə də aparılan təhsil islahatlarından, innovativ metodların tətbiqindən, tədris prosesinin forma və metodlarından və artıq üçünçü ildir tətbiq olunan kredit sisteminin qaydalarından danışaraq valideynləri kollecdə aparılan tədris prosesi ilə tanış etdi. Övladlarının bizə etimad göstərərək Lənkəran Dövlət Humanitar Kollecini seçmələrinin pedaqoji həyətimiz üçün böyük məsuliyyət olduğunu bildirərək bu etimadı döğruldacaqlarına söz verdi və valideynləri əmin etdi ki, bu istiqamətdə var qüvvələrini əsirgəməyəcək və sevə-sevə çalışacaqlar. Sonra çıxış edən kollecin Tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva onların etimadını doğrultmağa çalışacaqlarını qeyd edərək bu işdə valideynlərin də öhtəsinə düşən məsələlərdən, kollecə kömək etmələrindən danışdı.
Sonda valideynləri maraqlandıran suallar rəhbərlik tərəfindən cavablandırıldı.