Xocalı soyqırımımının iyirmi beşinci ildönümü qeyd edilir
Xocalı soyqırımının iyirmi beşinci ildönümünün Lənkəran Dövlət Humanitar Kollecində qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirinin “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” 02 fevral 2017-ci il tarixli 71 saylı əmrini rəhbər tutaraq LDHK üzrə 06 fevral tarixli əmr imzalanmışdır. Əmrdə Lənkəran Dövlət Humanitar Kollecində “Xocalı soyqırımının iyirmi beşinci ildönümü”nün keçirilməsi ilə əlaqədar tərtib olunmuş tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi keçirmək, Kollecin foyesində Xocalı soyqırımına həsr edilmiş fotostentlər vurmaq, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr buraxmaq, Kollecin internet səhifəsində Xocalı soyqırımını əks etdirən foto və video materiallar yerləşdirmək, 2017-ci ilin fevral ayının 24-də keçirilən ilk dərslərin Xocalı soyqırımına həsr edilməsi, Xocalı soyqırımının iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirmək və Lənkəran şəhərində Xocalı soyqrımı qurbanlarının xatirəsinə yaradılmış abidə Kompleksində kollec kollektivinin ziyarətinin təmin edilməsi nəzərdə tutulmuşdur. Artıq təsdiq olunmuş tədbirlər planına əsasən foyedə tələbələrin Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi və fotostentlər nümayiş etdirilir, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqının və Fənn Birləşmə Komissiyalarının bülletenlərində Xocalı soyqrımına həsr edilmiş xüsusi nömrələr dərc edilmişdir. 24 fevral tarixində isə ilk dərslərin Xocalı soyqırımına həsr edilməsi, Xocalı soyqırımının iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbirinın keçirilməsi nəzərdə tutulur.