Gənclərdə zərərli vərdişlərə qarşı mübarizə məqsədi ilə tədbir keçirildi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Yenilik” Sosial və İqtisadi Problemlərin Həllinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Zərərli vərdişlərə mübarizə məqsədi ilə yeniyetmə və gənclər arasında təbliğat işlərinin aparılması” adlı layihə çərçivəsində 25 Oktyabr 2017-ci il tarixində Lənkəran şəhər Gənclər evində tədbir həyata keçirilmişdir. Tədbirdə Lənkəran Dövlət Humanitar Kollecinin fəal tələbələri, müəllimləri, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, təşkilatın nümayəndəsi Nicat Qurbanov və ekspert qismində “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev iştirak etmişdir. Tədbirdə zərərli vərdişlər, onların fəsadları və bu vərdişlərdən qorunma yolları müzakirə edilmiş, gənclərlə qrup məşğələləri təşkil edilərək, yekunda hər bir qrupun təqdimatı maraqla dinlənimişdir.