Lənkəran şəhər Statistika idarəsi Kolleclə birgə tədbir keçirmişdi.

2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair dövlət proqramının həyata keçirilməsi üzrə tədbirlər planının icrası ilə bağlı Lənkəran şəhər Statistika idarəsi Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleclə birgə orta ixtisas təhsili müəssisələrinin kadr hazırlığı ilə əmək bazarının tələbələri arasında tarazlığın qiymətləndirilməsi məqsədi ilə tədbir keçirmişdi. Tədbirdə çıxış edən Statistika idarəsinin müdiri Vaqif Mustafayev orta ixtisas təhsil müəssisələrinin məzunlarının əmək bazarında iştirakı, statistik vəziyyət, əmək bazarının tələbləri, son dövrlərdə işə qəbulu, məzunların sayı barədə məlumat verərək tələbələri maraqlandıran sualları cavablandırıb.

Bir cavab yazın