Su həyat mənbəyidir

Su həyat mənbəyidir

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi mövzusunda “Su həyat mənbəyidir” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə kollecin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva açaraq suyun gündəlik həyatımızda əhəmiyyətli rolundan bəhs edib. Kollecin “Kimya, biologiya və aqrar” FBK-nın müəllimləri Zakir Ramazanlı və Asiya Abbasova çıxışlarında həyatın özünün və insanın bütün təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun əvəzedilməz şərt olaraq böyük rolundan bəhs ediblər. Sonda “Su həyat mənbəyidir” adlı videorolik nümayiş etdirilib.

Bir cavab yazın