Kollecdə təlim keçirildi.

Kollecdə təlim keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov tərəfindən “Layihə yazılışı və layihələrin idarə olunması” adlı təlim keçirildi. Təlim zamanı Famil Məmmədov iştirakçılara layihə anlayışı, problemin düzgün müəyyən edilməsi və layihə ideyasının formalaşdırılması, məqsəd və gözlənilən nəticələrin müəyyənləşdirilməsi, fəaliyyət planının hazırlanması, layihə təklifinin yazılması qaydaları və büdcənin tərtibi haqqında ətraflı məlumat verdi.
Sonra təlim iştirakçıları əldə etdikləri nəzəri bilikləri praktik şəkildə tətbiq edərək komandalar halında müxtəlif layihə nümunələri hazırlayıb ideyalarını təqdim etdilər

Добавить комментарий