Kollecdə tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Əminə Cəfərzadə müasir dövrdə informasiya texnologiyalarının cəmiyyətin maarifləndirilməsində oynadığı mühüm roldan, gənclər arasında sağlam həyat tərzinin təşviqi və zərərli vərdişlərin qarşısının alınması istiqamətində bu imkanlardan səmərəli istifadə edilməsinin vacibliyindən, narkomaniyanın insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına vurduğu ciddi zərərlərdən, bu bəlanın qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək bildirdi ki, sosial şəbəkələr, rəqəmsal platformalar və digər müasir kommunikasiya vasitələri vasitəsilə aparılan düzgün və məqsədyönlü təbliğat işləri gənclərin təhlükəli vərdişlərdən uzaq tutulmasında mühüm rol oynayır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

