Kollecdə tədbir keçirildi.

Kollecdə tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İxtisaslaşmış ekspertlərin iştirakı ilə müəllim-valideyn görüşlərinin təşkili” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Kollecin Psixoloqu Zülfiyyə Əliyeva, “Humanitar fənlər” FBK-nın müəllimi Sudabə Mövsümzadə, “Kitabxana işi” ixtisasının I tədris ili tələbəsi Sultanova Nuranə valideyn və müəllim arasında sağlam ünsiyyətin qurulmasının gənclərin psixoloji vəziyyətinə müsbət təsirindən, ailə mühitinin düzgün formalaşdırılmasının onların gələcək inkişafında mühüm rolundan, təhsil prosesində valideynlərin fəal iştirakının vacibliyindən, onların övladlarının təlim-tərbiyə prosesinə daha yaxından dəstək olmasından bəhs edərək ixtisaslaşmış kadrların iştirakı ilə keçirilən bu cür görüşlərin valideynlərin maarifləndirilməsində, onların pedaqoji və psixoloji biliklərinin artırılmasında mühüm rol oynayaraq gənclərin sağlam düşüncəli, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına töhfə verdiyini bildirdilər.

Добавить комментарий