Kollecdə tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, yüksək insani keyfiyyətləri ilə seçilən Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimləri- Zaidə Məlikova, Ayla Nəzirli, Payızgül Baxşızadə Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən, elmə verdiyi dəyərli töhfələrdən, xüsusilə oftalmologiya sahəsində qazandığı uğurlardan bəhs edərək bildirdilər ki, Zərifə Əliyevanın elmi irsi bu gün də aktuallığını qoruyur, onun apardığı tədqiqatlar müasir tibbin inkişafına töhfə verməkdə davam edir.
Sonda Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu.

