Kollecdə Xocalı Soyqırımına həsr olunmuş xüsusi dərs keçirildi.

Kollecdə Xocalı Soyqırımına həsr olunmuş xüsusi dərs keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı Soyqırımına həsr olunmuş xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Aytəkin Ağazadə Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək bildirdi ki, Xocalı soyqırımı Azərbaycan xalqına qarşı törədilmiş ən ağır faciələrdən biri olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. Gənc nəsil bu tarixi həqiqətləri dərindən öyrənməli, milli yaddaşımızı daim yaşatmalı və bu ağır faciədən ibrət götürməlidir.
Sonra “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının I tədris ili tələbələri Əliyeva Xatirə və Rzazadə Günəş (Xocalım, ay Xocalım), “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının I tədris ili tələbəsi Qurbanova Səkinə, “Kompüter sistemləri və kompleksləri” ixtisasının I tədris ili tələbəsi Həsənli Nazən (Layla, Xocalım, layla), “Hidromeliorasiya və torpaq mühafizəsi” ixtisasının I tədris ili tələbəsi Şükürova Ramilə (Xocalı) Xocalı soyqırımının ağrılı tarixini əks etdirən şeirlərini səsləndirərək faciənin dəhşətini və qəhrəmanlıq ruhunu ifadə etdilər.

Добавить комментарий