Kollecdə Xocalı Soyqırımına həsr olunmuş dəyirmi masa təşkil olundu.

Kollecdə Xocalı Soyqırımına həsr olunmuş dəyirmi masa təşkil olundu.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı Soyqırımına həsr olunmuş dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edənlər “Tarix və sosial fənlər” FBK-nın sədri Günel Abdullayeva, “Tarix və sosial fənlər” FBK-nın müəllimləri – Ziya Əlinur, Zaidə Məlikova, Payızgül Baxşızadə, Mehman Kərimov bildirdilər ki, 26 fevral 1992-ci il Azərbaycan xalqının yaddaşına qanla yazılmış bir tarixdir. Xocalı faciəsi təkcə bir şəhərin taleyi deyil, bütöv bir xalqın yaşadığı ağır faciə, insanlığa qarşı törədilmiş amansız cinayətdir. Günahsız insanlar- körpələr, qadınlar, qocalar-yalnız azərbaycanlı olduqları üçün, xüsusi qəddarlıqla qətlə yetirilmiş, ailələr məhv edilmiş, minlərlə insan doğma yurd-yuvasından didərgin salınmışdır. Bu faciə tarixə Xocalı adı ilə bağlı olan ən dəhşətli hadisələrdən biri kimi düşmüş, Xocalı Soyqırımı isə bəşəriyyətə qarşı törədilmiş ağır cinayət kimi yadda qalmışdır, hadisələrin unudulmaması, gələcək nəsillərə düzgün şəkildə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

Добавить комментарий