Kollecdə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi.
27 fevral 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “1 Mart-Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə çıxış edən Mülki Müdafiə Qərargah mühəndisi Coşqun Novruzlu Beynəlxalq Mülki Müdafiə Təşkilatının 1972-ci il qərarına əsasən hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilməsindən, mülki müdafiənin məqsədi və bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən, tarixindən bəhs etdi. Bildirildi ki, mülki müdafiə tədbirləri fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mümkün risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, gənclərin bu sahədə məlumatlandırılması onların fövqəladə vəziyyətlər zamanı düzgün və çevik davranış bacarıqlarının formalaşmasına xidmət edir.
Sonda tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

