Kollecdə “Movie Day” təşkil olunmuşdur.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə tədris prosesinin keyfiyyətinin artırılması və tələbəyönümlü fəaliyyətlərin genişləndirilməsi məqsədilə “Xarici dillər” FBK-nın müəllimi Cambridge Universiteti tərəfindən kvalifikasiya olunmuş Qumral Mehrəliyeva və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığıyla “Movie Day” təşkil olunmuşdur. Əsas məqsəd tələbələrin ingilis dili üzrə dinləyib-anlama (listening comprehension) bacarıqlarının inkişaf etdirilməsi, onların autentik dil materialları ilə təmas imkanlarının artırılması və öyrənilən dilin real kommunikativ mühitdə qavranılmasına şərait yaratmaq olan tədbirdə film nümayişi zamanı tələbələr təbii nitq axını, müxtəlif ifadə tərzi və intonasiya xüsusiyyətləri, gündəlik danışıq ifadələri ilə tanış olaraq kontekstual anlama və məna çıxarma strategiyalarını tətbiq etmişlər. Eyni zamanda “Movie Day” tələbələrdə film izləmə mədəniyyətinin formalaşdırılması, xarici dildə audiovizual materialların analitik və tənqidi baxımdan qiymətləndirilməsi bacarıqlarının gücləndirilməsi baxımından da əhəmiyyətli olmaqla ingilis dilində film izləmə prosesi onların lüğət ehtiyatının zənginləşdirilməsinə, dil strukturlarının praktik şəkildə mənimsənilməsinə və dilə qarşı motivasiyanın artmasına töhfə vermiş olacaqdır.
Tədbirin sonunda film ilə bağlı suallardan ibarət maraqlı və interaktiv quiz təşkil olunmuşdur, quiz zamanı tələbələr film sujeti, obrazlar, əsas ideyalar və istifadə olunan dil ifadələri üzrə biliklərini nümayiş etdirmişdir.

