Kollecdə tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Risk qrupuna daxil olan yeniyetmə və gənclərin müəyyənləşdirilməsi, onların arasında zərərli vərdişlərə qarşı təbliğat xarakterli məlumatlandırma işinin aparılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Naibə Ələsgərova gənclər arasında risk qrupuna daxil olan şəxslərin vaxtında müəyyənləşdirilməsinin və onlarla məqsədyönlü maarifləndirmə işinin aparılmasının vacibliyindən, narkomaniya və digər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına ciddi zərər vurmasından, belə halların qarşısının alınmasında ailə nəzarətinin gücləndirilməsinin, təhsil müəssisələrində profilaktik tədbirlərin həyata keçirilməsinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin mühüm rolundan eyni zamanda, sağlam həyat tərzinin təbliğinin və düzgün həyat seçimlərinin formalaşdırılmasının gələcək nəsillərin inkişafı üçün əsas şərtlərdən olduğundan bəhs etdi.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı

