Kollecdə xüsusi dərs keçirildi.

Kollecdə xüsusi dərs keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılması” mövzusunda xüsusi dərs keçirildi. Xüsusi dərsdə çıxış edən “Humanitar fənlər” FBK-nın müəllimi Sudabə Mövsümzadə narkotik asılılığın yalnız fərdi problem deyil, eyni zamanda ailə və cəmiyyət üçün ciddi təhlükə yaradan sosial bəla olduğundan, bu problemin qarşısının alınmasında valideynlərin məsuliyyətli yanaşmasının rolundan, ailə daxilində sağlam ünsiyyət, uşaqlara düzgün tərbiyə və onların psixoloji vəziyyətinə həssas yanaşmanın risk faktorlarını minimuma endirməsindən bəhs etdi. Bildirdi ki, gənclərin zərərli vərdişlərdən uzaq tutulması üçün, onların asudə vaxtlarının səmərəli təşkili, maarifləndirici tədbirlərin keçirilməsi və nəzarət mexanizminin formalaşması bu istiqamətdə mühüm profilaktik tədbirdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

Добавить комментарий