Kollecdə dəyirmi masa təşkil olundu.

Kollecdə dəyirmi masa təşkil olundu.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü ilə” əlaqədar dəyirmi masa təşkil olundu. Dəyirmi masada çıxış edənlər təsərrüfat işləri üzrə direktor müavini Emil Qurbanov, təmir-tikinti və təhlükəsizlik üzrə mühəndis İlqar Cəfərli işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılmasından, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsindən, təhlükəsiz əmək şəraitindən, əməyin mühafizəsi və texniki təhlükəsizliyin normalarından, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının vaxtında alınması istiqamətində görülmüş işlər barədə məlumat verərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar

Добавить комментарий