Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.
28 aprel 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar–Texnoloji Kollecdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. Şuranın sədri, kollecin direktoru Leyla İbrahimova iclası açaraq gündəlikdə duran məsələlər barədə üzvləri məlumatlandırdı.
İclasda “Dövlət proqramlarının icrası ilə bağlı görülən işlər” mövzusunda tədris işləri üzrə direktor müavini Emil Vahabov çıxış edərək bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat verdi.
Daha sonra “Kollecin kitabxanasında işin təşkili və kitab fondunun artırılması vəziyyəti” barədə kitabxana müdiri Vəsilə Cabbarlı çıxış edərək kitabxananın fəaliyyəti və fondun zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs etdi.
İclasda bir sıra cari məsələlər də müzakirə olunaraq Pedaqoji Şuranın iclasına yekun vuruldu.

