Kollecdə panel müzakirəsi təşkil olundu.

Kollecdə panel müzakirəsi təşkil olundu.

“CareerLAB” şəbəkəsi çərçivəsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığıyla “Regionda turizm imkanları” mövzusunda panel müzakirəsi təşkil olundu. Panel müzakirədə çıxış edənlər- Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, təlim texnologiyalarının tətbiqi və qiymətləndirmə şöbəsinin müdiri Həbib Həbibi, İntellekt Gənclər Təşkilatı İB-in sədri Samir Axundov (Turizmə yeni baxış, turizm məhsullarnın satışı), Lənkəran Regional Turizm İdarəsinin böyük məsləhətçisi Yunus Nəcəfov (Regionun turizm imkanları – aqroturizm və qastronomiya imkanları), Lənkəran Regional Turizm İdarəsinin aparıcı məsləhətçisi Orxan Qarayev (Regionun turizm imkanları – ekoturizm imkanları), “Turizy MMC”nin həmtəsisçisi və idarə heyətinin sədri Rəsul Şükürov (Regional turizmdə startup imkanları) Lənkəran və ətraf bölgələrin turizm potensialından, bu sahədə mövcud imkanlardan, karyera perspektivləri və sahibkarlıq təşəbbüslərindən, gənclərin regionda turizm sahəsində karyera imkanlarından bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
Məlumat üçün bildirək ki, kollecin “Turizm bələdçiliyi”, “Turizm işinin təşkili” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Hər il kollecin tələbələri müxtəlif turizm layihələrində iştirak edir.

Добавить комментарий