Kollecdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tarixə Yazılan Faciə: Xocalı” adlı xüsusi dərs keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Tarixə Yazılan Faciə: Xocalı” adlı xüsusi dərs keçirildi. Xüsusu dərsdə çıxış edən “Tarix və sosial fənlər” FBK-nın müəllimi Mehman Kərimov Azərbaycan tarixinin ən ağrılı və faciəli səhifəsi olan Xocalı soyqırımının təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən qəddar cinayətlər siyahısında yer aldığından, bu faciəni əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürü olduğundan bəhs edərək bildirdi ki, Xocalı soyqırımı yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillərə çatdırılmalı olan tarixi həqiqətdir, bu həqiqətlərin unudulmaması milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından milli kimliyin qorunmasına töhfə verir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.

