Kollecdə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

Kollecdə Xocalı Soyqırımının 34-cü  ildönümünə həsr olunmuş tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Xocalı soyqırımının 34-cü il dönümünə həsr olunmuş “Xocalı – Uşaqlı, Cavanlı, Qocalı” adlı tədbir keçirildi. Tədbirdə çıxış edənlər “ Tarix və sosial fənlər” FBK-nın müəllimləri – Mələk Əhmədzadə (Xocalı faciəsinin dünyada tanınması), Payızgül Baxşızadə (Xocalı faciəsi bizim qan yaddaşımızdır), Günel Əliyeva (Xocalı həqiqətləri və tarixi yaddaş) Xocalı soyqırımının dəhşətindən, Xocalıda törədilən vəhşiliklərdən, Xocalının Azərbaycan mədəniyyətində, iqtisadiyyatındakı rolundan, faciənin Xocalıda törədilməsinin əvvəlcədən düşünülmüş məkrli düşmən siyasətinin nəticəsi olmasından, insanlığa sığmayan əməllərdən, Xocalı faciəsinin dünyaya tanıdılmasında Ulu Öndər Heydər Əliyevin və cənab prezident İlham Əliyevin fəaliyyətindən bəhs edərək Xocalı faciəsinin gənc nəslə tanıdılmasının, öyrənilməsinin hər bir şəxsin vətəndaşlıq borcu olduğunu bildirdilər.
Sonda Xocalı Soyqırımına həsr olunmuş videoçarx nümayiş olundu.

Добавить комментарий