Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təmiz Enerji, Dayanıqlı İnkişaf: Yaşıl İqtisadiyyata Baxış” mövzusunda tədbir keçirildi.
10 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “İqtisadiyyat fənləri” FBK-nın sədri Həbib Həbibi, “İqtisadiyyat fənləri” FBK-nın müəllimi Fidan Fərzullazadə tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Təmiz Enerji, Dayanıqlı İnkişaf: Yaşıl İqtisadiyyata Baxış” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edənlər yaşıl iqtisadiyyatda bərpa olunan enerji mənbələrinə keçidin sürətləndirilməsindən, yaşıl iqtisadiyyatın faydalarından, həmçinin yeni iqtisadi imkanlar yaratmaq potensialından bəhs edərək bildirdilər ki, bərpa olunan enerji mənbələrinə qoyulan investisiyalar, karbon izinin azalmasına xidmət etməklə yanaşı, ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.