Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı inkişaf və yaşıl həllər: enerji, maliyyə və turizmin rolu” mövzusunda konfrans təşkil olundu.
15 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Dayanıqlı inkişaf və yaşıl həllər: enerji, maliyyə və turizmin rolu” mövzusunda konfrans təşkil olundu. Konfransda 44 günlük vətən müharibəsində canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Konfransda “İqtisadiyyat fənləri” FBK-nın müəllimləri – Həbib Həbibi “Azərbaycanın bərpa olunan enerji potensialına baxış”, Zəka Mehrəliyev “Maliyyə Bazarında Yaşıl İstiqrazların İnkişafı və Perspektivləri”, Fidan Feyzullazadə “İqlim dəyişikliyi ilə mübarizədə yaşıl investisiyaların əhəmiyyəti”, Orxan Rüstəmov “Turizm sektorunda iqlim dəyişikliyinə qarşı adaptasiya və dayanıqlı inkişaf”, Maliyyə işi ixtisasının III kurs tələbələri- Aybəniz Mirzəyeva “İqtisadi inkişafda investisiyalar və sosial məsuliyyətli maliyyə”, Ayşən Xalıqova “Yaşıl maliyyə alətləri və onların iqtisadiyyatdakı rolu”, Mehriban Kərimli “Yaşıl bankçılıq: dayanıqlı inkişafın maliyyə mexanizmləri”, Nicat Qasımov “Davamlı şəhərlərin inkişafında yaşıl maliyyənin rolu” mövzusunda çıxış edərək yaşıl biznes modellərinin iqtisadi fəaliyyətdə ekoloji davamlılığı təmin etməyə yönəlmiş biznes strategiyalarını əhatə etməyindən, sosial məsuliyyətli maliyyənin qlobal iqtisadiyyatda vacib tendensiyaya çevrilməyindən, yaşıl maliyyə alətləri və onların iqtisadiyyatdakı rolundan, iqlim dəyişikliyi və ekoloji problemlərlə mübarizəsindən, yaşıl istiqrazların ətraf mühitə təsirindən, yaşıl bankçılığın dayanıqlı inkişafdakı rolundan, dayanıqlı və uyğunlaşa bilən turizm fəaliyyətinin əhəmiyyətindən bəhs etdilər.