Kollecdə 18 oktyabr “Müstəqillik günü” nə həsr olunmuş stolüstü tennis idman növü üzrə yarış keçirildi.
17 oktyabr 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 18 oktyabr “Müstəqillik günü” nə həsr olunmuş stolüstü tennis idman növü üzrə qızlardan ibarət yarış keçirildi. Yarışda ixtisaslar üzrə ümumilikdə 9 komanda iştirak edirdi. I yerin qalibi “Marketinq” ixtisasının III kurs tələbəsi Dadaşova Həqiqət, II yerin qalibi “Vokal sənəti (xanəndəlik) ixtisasının II kurs tələbəsi Heydərova Sara, III yerin qalibi “Qida məhsullarının təhlükəsizliyi” ixtisasının III kurs tələbəsi Cəbiyeva Mahirə olmuşdur.