Kollecdə “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi.

Kollecdə “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi.

10 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” na uyğun olaraq “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən kollecin psixoloqu Zülfiyyə Əliyeva sağlam həyat tərzinin insan həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, vacibliyindən, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “Sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий