Kollecdə “Sosial dəstəyə ehtiyacı olanlar üçün iş imkanları və məşğulluq proqramları” mövzusunda tədbir keçirildi.
10 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Sosial dəstəyə ehtiyacı olanlar üçün iş imkanları və məşğulluq proqramları” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən kollecin təcrübə rəhbəri və karyera üzrə mütəxəssisi Zəka Mehrəliyev bu proqramların sosial ədalətin və inklüzivliyin təminində mühüm rol oynadığından, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, gənclər, qadınlar və digər həssas qruplar üçün peşə hazırlığı, özünüməşğulluq, ictimai işlər və subsidiyalı iş yerləri kimi imkanlar yaratdığından bəhs edərək bildirdi ki, məqsəd bu şəxsləri əmək bazarına inteqrasiya etmək və passiv yardım alıcısından aktiv iqtisadi iştirakçıya çevirməkdir. Bu yanaşma təkcə fərdi deyil, bütövlükdə cəmiyyətin rifahına xidmət edir.
Sonda “Sosial dəstəyə ehtiyacı olanlar üçün iş imkanları və məşğulluq proqramları” mövzusunda videoçarx nümayiş olundu və tələbələri maraqlandıran suallar cavablandırıldı.