Təbrik edirik!
10 aprel 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin respublika mərhələsində Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin “İnstrumental ifaçılıq (fortepiano)” ixtisasının I və II kurs tələbələri – Rəhmanzadə Bəsirə Cavanşir qızı, Ağazadə Fatimə Rövşən qızı, Dadaşova Zərda Ramiz qızı, Bağırova Zəhra Nöfəl qızı “Kollektiv ifa nominasiyası (kvartet)” üzrə ikinci yerə layiq görülmüşdür.