Kollecdə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” na uyğun olaraq” “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “İKT və incəsənət fənləri” FBK-nın müəllimi Aygün Həsənzadə rəqəmsal bacarıqların inkişafından, informasiya təhlükəsizliyinin təmin edilməsi, uşaqların sosial şəbəkələrdən və ümumilikdə internetdən düzgün istifadəsinin təşviq edilməsindən, internetin mənfi təsirləri sırasında fiziki və psixoloji xəstəliklərin yaranmasından, asılılıq və zərərli vərdişlərə aludəçilik hallarının baş verməsindən, insan alverinin qurbanı olma, uşaq istismarı hallarının artmasından, real həyatdan və ailədən uzaqlaşmadan bəhs edərək bildirdi ki, bu kimi hadisələrin qarşısının alınması üçün valideynlərdən heç bir məlumatın gizlədilməməsi və internetdən düzgün istifadənin uşaqlar arasında təşviq edilməsi vacib məsələdir. Sonra “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda videoçarx nümayiş olundu.