Kollecdə “Çayçılıq” mövzusunda tədbir keçirildi.

Kollecdə  “Çayçılıq” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Nahid Əzizli tərəfindən “Çayçılıq” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən Nahid Əzizli çay bitkisinin tarixindən, inkişafından, növündən, faydalarından, müxtəlif mədəniyyətlərdə yerindən, çayın yetişdirilməsinə təsir edən əsas faktorlardan, Lənkəran rayonunun çayçılıq ənənələrindən bəhs edərək tələbələri maraqlandıran sualları cavablandırdı.

Добавить комментарий