Kollecdə “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması” mövzusunda tədbir keçirildi.

Kollecdə “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması” mövzusunda tədbir keçirildi.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Aqrar və ekoloji fənlər” FBK-nın müəllimi Muhəmməd Əlizadə sağlam və rasional qidalanmanın əhəmiyyətindən, şərtlərindən, yeniyetmələrin sağlam qidalanmasının vacibliyindən, fizioloji proseslərin düzgün gedişində və müxtəlif patoloji amillərə qarşı orqanizmin müqavimətinin formalaşmasındakı rolundan, düzgün olmayan qida rasionunun törətdiyi fəsadlardan, sağlam qidalanmanın insan orqanizminə müsbət təsirlərindən bəhs edərək tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Sonda “Sağlam və rasional qidalanma” mövzusunda videoçarx nümayiş olundu.

Добавить комментарий