Kollecdə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda tədbir keçirildi.
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda tədbir keçirildi. Tədbirdə çıxış edən “Təbiyyat fənləri” FBK-nın müəllimi Əminə Cəfərzadə erkən və qohumlar arasında nikahın fəsadlarından, gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlərdən, fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsirindən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktorlardan, bu sosial problemin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyindən bəhs edərək bildirdi ki, son dövrdə Ailə Məcəlləsinə edilən dəyişiklik bu sahədə vacib addımlardan olacaqdır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı və “Erkən nikaha yox deyək” mövzusunda videoçarx nümayiş olundu.